"Günay Sığorta" ASC-nin İdarə Heyətinin keçmiş sədri Qəmbər Suvanverdiyev sığorta agentliyi yaradır.
FED.az xəbər verir ki, bu barədə Q.Suvanverdiyev "Report"a məlumat verib.
"Hazırda sığorta məhsullarının satışı ilə məşğul olacaq "Buta Sığorta Agentliyi" MMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı iş gedir. Paralel olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına da ilkin sənədləri təqdim etmişik. Çünki bu fəaliyyət növü xüsusi icazə, lisenziya tələb edir", - deyə Q.Suvanverdiyev qeyd edib.
Xatırladaq ki, Q.Suvanverdiyev "Günay Sığorta"ya qədər aktivlərini bu şirkətə satmış "Buta Sığorta" ASC-nin İdarə Heyətinə rəhbərlik edib.