“Günay Sığorta” ASC 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Günay Sığorta”ın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, şirkətin 2018-ci ildə cəmi gəlirləri 5 mln 878,7 min manat, investisiya gəlirləri 301 min 600 manat, sair gəlirlər isə 665 min 827 manat təşkil edib. Sonda şirkətin 2018-ci ildə cəmi gəlirləri əvəlki ilə nəzərən 53,28% artaraq 8 mln 240,7 min manata çatıb.
Ötən il şirkətin əsas əməliyyat xərcləri 5 mln 480,6 min manat olub. Bunun 3 mln 327,8 min manatı sığorta ödənişidir. Sair xərclər 214,5 min manat təşkil edib.Şirkətin cəmi xərcləri 8 mln 379 min manat olub.
Yekunda şirkətin 2018-ci ildə xalis mənfəəti 57 min 42 manat təşkil edib. Bu da 2017-ci illə müqayisədə 1,7 dəfə azdır. Xatırladaq ki, “Günay Sığorta”ın 2017-ci il də xalis mənfəəti 95 min 955 manat idi.
Mənfəətin 2018-ci ildə bu qədər azalmasının səbəbi 2018-ci ildə cəmi xərclərin 2017-ci ilə nisbətən 55% artması olub.
FED.az “Günay Sığorta”ın “Balans” hesabatına əsasən bildiri ki, 2018-ci ildə şirkətin cəmi aktivləri 2017-ci ilə nisbətən 11% azalaraq 12 mln 758,4 min manat, cəmi kapital isə 0,73% artaraq 7 mln 890,2 min manat olub.