Sığorta şirkətlərinin yığımlarının artım dinamikasına görə, “Günay Sığorta” bazarın lideri olub.
Bazar üzrə cəmi 7 şirkətin yığımları artıb. 14 sığorta şirkətinin yığımları isə ötən ilin eyni dövrü ilə müqayisədə az olub. Yığımların artım dinamikasına görə, “Günay Sığorta” bazarın lideri olub - 24,3 dəfə.
Bundan əlavə, “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta”, “A-Qroup”, “AtaSığorta” və “AzSığorta” yığımları artırmağı bacarıb. “PAŞA Sığorta”nın yığımları isə ilin əvvəlindən etibarən ilk dəfə azalmağa başlayıb -3%.
Sığorta yığımlarında ən böyük azalma “Başak İnam Sığorta” şirkətində olub. Bu da şirkətin fevral ayından etibarən sığorta yığımlarını dayandırması ilə bağlıdır.
Sığortaçının adı |
Yığım dinamikası |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
24,3 dəfə |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
98,70% |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
67,80% |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
55,00% |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
16,60% |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
10,00% |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
3,90% |
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-0,80% |
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-3,00% |
“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-6,00% |
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-12,30% |
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-16,60% |
“İPƏK YOLU SIĞORTA” ASC |
-16,80% |
“Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-17,50% |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-31,40% |
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-37,10% |
“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-38,00% |
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti |
-42,90% |
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
-46,90% |
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
-63,80% |
“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
-93,10% |