Bu ilin 11 ayında Azərbaycanda sığorta yığımları 1 milyard 222 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 542,3 milyon manatla "Paşa Həyat Sığorta" və 291,1 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 80,1 milyon manata yaxın olub.
"Qala Sığorta"nın yığımları isə 73 milyon manata çatıb.
“Atəşgah” Sığorta Şirkəti isə 11 ayda 59,1 milyon manatdan çox sığorta haqqı toplayıb.
"Meqa Sığorta"nın yığmları isə 32,4 milyon manata çatıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən zəif yığımlar 1,5 milyon manatla "Bakı Sığorta"da olub.