Bu gün Azərbaycan sığorta bazarının satış üzrə tanınmış menecerlərindən olan “Rəvan Sığorta” ASC-nin Satış Departamentinin müdiri Dövlət Səlimovun ad günüdür. Belə ki, 15 yanvar D.Səlimovun 34 yaşı tamam olur.
Eləcə də bax:"Rəvan Sığorta"da 2 ilik ödənişlə 3 il, 3 illik ödənişlə – 5 İLLİK KASKO SIĞORTA
Qeyd edək ki, D.Səlimov 2003-2007-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində sığorta işinin təşkili ixtisası üzrə ali təhsil alıb.
D.Səlimov Azərbaycan sığorta bazarında satış üzrə peşəkar sığortaçı kimi tanınır və maliyyə sektotunda 15 ildən çox təcrübəyə malikdir.
O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış sığorta şirkətlərində peşəkar satış mütəxəssisi, baş mütəxəssis və departament direktoru vəzifəsinədək yüksəlib.
D.Səlimov “Rəvan Sığorta” ailəsinə 2007-ci ildən qatılıb. O, öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq, “Rəvan Sığorta” şirkətinin Satış Departamentinin müdiri vəzifəsinə təyinat alıb. Bu gün, şirkətin sığorta bazarındakı dinamik inkişafında onun rolu böyükdür.
FED.az komandası olaraq, Dövlət müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq.