Bu gün Azərbaycan sığorta bazarının satış üzrə tanınmış menecerlərindən hesab olunan “Qala Həyat Sığorta” ASC-nin Satış Departamentinin direktoru Amil Cəlilovun ad günüdür. Belə ki, 05 noyabr A.Cəlilovun 37 yaşı tamam olur.
Qeyd edək ki, A.Cəlilov biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. A.Cəlilov Azərbaycan sığorta bazarında satış üzrə peşəkar sığortaçı kimi tanınır və maliyyə sektotunda 10 ildən çox təcrübəyə malikdir. O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə peşəkar satış mütəxəssisi, baş mütəxəssis, koordinator, şöbə müdiri və departament direktoru vəzifəsinədək yüksəlib.
A.Cəlilov öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq, 2018-ci ilin may ayında “Qala Həyat Sığorta” şirkətinin Satış Departamentinin direktoru vəzifəsinə təyinat alıb. Bu gün, şirkətin sığorta bazarındakı dinamik inkişafında onun rolu böyükdür.
FED.az komandası olaraq, Amil müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.
Xatırladaq ki, Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Həyat” Sığorta Şirkəti 2011-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib.
Departament direktoru Amil Cəlilov üçün - ÖZƏL GÜN
09:57
5 Noy 2018