2017-ci ildə Azərbaycanın sığorta şirkətləri işçilərin dələduzluğu sığortası üzrə 1 milyon 48 min manat sığorta haqqı toplayıblar.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, dələduzluğu sığortalamaq sığorta şirkətlərini zərər salıb. İşçilər dələduzluq etdiklərindən sığorta şirkətləri 1 milyon 719 min manat sığorta ödənişi həyata keçiriblər. Bu, toplanmış sığorta haqlarından çoxdur.
2016-cı ildə sığorta şirkətləri işçilərin dələduzluğu sığortasına 526 min manat sığorta haqları toplamışdılar. Həmin il hadisə baş verməmişdi.