2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanılıb.
FED.az xəbər verir ki, İcbari Sığorta Bürosundan daxil olan məlumata görə, həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 milyona yaxın olub.
2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30%, sığorta haqlarının məbləğində 1.5% faiz artım müşahidə edilib.
Bağlanmış daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 80,78 %-i yaşayış evləri və mənzillər, 0,30%-i inzibati binalar, 18,92 %-i digər daşınmaz əmlakla bağlı olmuşdur.
2016-cı ildə icbari sığortaya cəlb olunan daşınmaz əmlakın 31%-i Bakı, 4,4%-i Sumqayıt, 3,9%-i Abşeron, 3,7%-i Gəncə, 2,6%-i Lənkaran, 54%-i isə digər şəhərlərinin payına düşür.
Qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/ ) fəaliyyət göstərir.