"Rəvan Sığorta" ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 445 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün bildirək ki, 2018-ci ilin 1-ci yarısında "Rəvan Sığorta"nın 66 min manat zərəri yaranmışdı.
FED.az Marjaya istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə "Rəvan Sığorta"nın cəmi gəlirləri 1 milyon 115 min manat, cəmi xərcləri isə 670 min manat təşkil edib.
Ötən ilin ilk 6 ayında "Rəvan Sığorta"nın topladığı sığorta haqları 687 min manat ikən, bu ilin eyni dövründə 1 milyon 291 min manata yüksəlib. Sığorta ödənişləri isə 547 min manatdan 172 min manata düşüb.

