Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 11-nin ödənişləri azalıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,584 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “A-Qrup Sığorta"dır. Bu şirkətin ödənişləri ötən 10 ayda 6,452 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,3% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azsığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 7,214 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 68,5% azalaraq 12,937 milyon manata düşüb.