Bu gündən “Atəşgah Sığorta” şirkətini yeni sədr idarə edəcək.
Bununla bağlı, "Atəşgah Sığorta” ASC-nin Direktorlar Şurasının iclası və "Atəşgah Həyat" sığorta şirkətinin səhmdarlarının növbəti ümümi yığıncağı keçirilib.
FED.az-ın məlumatına görə, qəbul edilmiş qərara əsasən, 2 oktyabr 2017-cil il tarixindən "Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədri Səfərov Tələt Abbasqulu oğlu "Atəşgah Həyat” sığorta şirkətinin Direktorlar Şurasının üzvü vəzifəsinə seçilib. "Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə isə "Atəşgah Həyat” sığorta şirkətinin Direktorlar Şurasının üzvü Əliyev Azər Allahverdi oğlu təyin edilib.
Qeyd edək ki, A.Əliyev daha əvvəl “Atəşgah Sığorta” şirkətinin Baş direktoru, İdarə Heyəti sədrinin müşaviri, eləcə də uzun müddət Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri kimi fəaliyyət göstərib.
Marja©
Bu gündən “Atəşgah Sığorta” şirkətini yeni sədr idarə edəcək
12:52
2 Okt 2017