“Başak-İnam Sığorta” şirkətinin müflis elan edilməsi gözlənilmir. Fed.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Məlumata görə, MBNP sığorta şirkətlərinin məcmu kapitalı 30%-dək azaldığı halda məcburi ləğvetmə prosesinə başlayır.
“Başak İnam Sığorta” şirkəti isə ləğvetmə üçün könüllü qaydada müraciət edib. Sığorta şirkətinin məcmu kapitalı təxminən 30%-dək azaldığı üçün şirkətin ləğvetmə prosesinə başlanılıb. Bununla belə, sığorta şirkətinin öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət qədər maliyyə imkanlarına malikdir.
Bu baxımdan onun müflis elan edilməsi gözlənilmir. Sığorta şirkətinin öhdəliklərinin hansı şəkildə yerinə yetirilməsinə gəlincə, bununla bağlı qərar noyabr ayının 6-dək veriləcək. Qeyd edək ki, sığorta şirkətlərinin məcmu kapitalına qoyulan tələb 5 milyon manat təşkil edir.
Xatırladaq ki, lisenziyası ləğv edilən “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğv prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
©fins.az
Başak- İnam Sığorta”nın taleyi gələn ay məlum olacaq
12:00
11 Okt 2017