Sığorta və Bank.. Hər iki ifadə bir biri ilə dolayı yolla da olsa əlaqəlidir.
Bank pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır.
Sığorta isə şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Banklar həm öz müştərilərinin, həm də işçi qrupunun müxtəlif sahələr üzrə sığortasını bu işlə məşğul olan şirkətlərə həvalə edir. Bəs, bank kimi böyük şirkətlər hansı sığorta şirkətlərinə güvənirlər. Sizlərə bankların əməkdaşlıq üçün seçdiyi sığorta şirkətlərini təqdim edirik.
Bank |
Sığorta təşkilatı |
AccessBank |
Paşa Sığorta Atəşgah Sığorta |
AFB Bank |
AzSığorta |
AGBank |
Paşa Həyat Atasığorta |
ASB Bank |
Azərbaycan Sənaye Sığorta |
Bank of Baku |
Atəşgah Sığorta Buta Sığorta |
Bank Respublika |
Paşa Sığorta Atəşgah Sığorta |
Beynəlxalq Bank |
Qala Sığorta Atəşgah Sığorta Paşa Sığorta |
Expressbank |
Paşa Sığorta |
Kapital Bank |
Paşa Həyat Sığorta Paşa Sığorta |
Muğan Bank |
Paşa Həyat Sığorta |
Nikoil Bank |
Qala Həyat Sığorta |
Rabitəbank |
Meqa Sığorta |
Turanbank |
Paşa Həyat Sığorta |
Unibank |
yoxdur |
Yapı Kredi Bank |
Paşa Sığorta |
VTB Bank |
AtaSığorta |
Xalq Bank |
Paşa Sığorta Qala Sığorta Atəşgah Sığorta Xalq Sığorta |