Tam 100 gün ərzində Bank Respublika nağd və mikro kreditlərini daha da sərfəli şərtlərlə təklif edəcək. Belə ki, məbləğdən asılı olaraq kreditin hər 100 manatı xüsusi endirim qazandıracaq. Bankın baş ofisindən FED.az-a verilən məlumata görə, kredit məbləği artdıqca endirim dərəcəsi də yüksələcək.
İndi çoxdan arzuladığınız alış-verişi və digər planlarınızı sabaha saxlamağa ehtiyac qalmır. Kampaniya çərçivəsində 10 min. manatadək endirimli nağd krediti əldə etməklə planlarınızı bugün reallaşdırın. Kredit 36 ayadək müddətinə təklif olunur.
Həmçinin, kredit üçün vəzifə və iş yerindən asılı olmayaraq müraciət etmək olar. Müştərinin aylıq gəlirindən asılı olaraq, 5000 manatadək nağd kredit zaminsiz də verilə bilər.
“Hər 100 manatda endirim” kampaniyasından fərdi sahibkarlar da faydalana biləcəklər. Biznesi genişləndirmək üçün 30 min. manatadək mikro kredit Bakı və regionlarda müxtəlif ehtiyaclara verilə bilər. Kampaniya çərçivəsində endirimdən əlavə kredit müddətinin 100 gününədək faiz dərəcəsini bank hədiyyə edir.
Kreditlər haqqında daha ətraflı məlumatı 144 qısa nömrəsinə zəng etməklə və ya bankın rəsmi saytına müraciət edib əldə edə bilərsiniz.
Bu kampaniya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilir. Yubileylə bağlı bankın hələ bir sıra kampaniya və tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Bank Respublika, Sizə Faydalı.
"Bank Respublika"nın mikro və nağd kreditlərində 100 günlük endirim!
16:17
23 Aprel 2018