Azərbaycanın tanınmış sığorta şirkətlərindən olan «Bakı Sığorta»nın səhmlərinin bir hissəsi kənar investora satılıb. FED.az xəbər verir ki, sığorta şirkətinin səhminin bir hissəsini – 12,34%-ni «Toyota Abşeron Center» MMC alıb.
Səhmlərin satışı birjadan kənar əqd formasında olmaqla iki hissədə baş tutub. FED.az xəbər verir ki, əvvəlcə 02.10.18-ci tarixində şirkətin 527 səhmi 400 520 manata satılıb (1 səhmin qiyməti 760 manatdan) satılıb.
2-ci əqd isə 8.10.2018-ci ildə bağlanıb və məbləği 700 720 manat olub. Əqd nəticəsində hər birinin qiyməti 760 manat olan 922 ədəd adi adlı səhm satılıb.
Eləcə də bax: Sığorta şirkətlərinin yığımlar üzrə renkinqi (Yanvar - 2019) – CƏDVƏL 1
Alqı-satqıdan sonra «Toyota Abşeron Center» MMC şirkəti «Bakı Sığorta»nın 1449 səhminə və ya ümumi səhmlərinin 12,34%-nə sahib olub.
Qeyd edək ki, 2018-ci ilin iyulun 1-ə olan məumata görə, «Bakı Sığorta»nın Nizamnamə kapitalı 8 925 444 manat təşkil edib.
Qeyd edək ki, indiyədək «Bakı Sığorta»nın səhmləri «Bank Respublika» ASC (57,98%), «Yeni Motors» MMC (9,38%), «Subaru Azərbaycan» MMC (9,38%) və iki fiziki şəxsə – Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%) məxsus idi.
Xatırladaq ki, vaxtilə ölkənin aparıcı sığortka şirkətlərindən sayılan «Bakı sığorta» son iki ildə zəifləyib və 2019-cu ilin ilk ayının nəticələrinə görə, ölkənin ən zəif 3 sığorta şirkətinin arasındadır.
Eləcə də bax: Sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi (Yanvar-2019) – CƏDVƏL 2