“Bakı Sığorta” ASC 2021-ci ilin 1-ci yarımilliyini 1 milyon 26 min manat zərərlə başa vurub.
Eləcə də bax: “PAŞA Sığorta” ödənişlər üzrə göstəricidə – GERİLƏDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.
Bu ilin 6 ayında “Bakı Sığorta”nın gəlirləri 965 min manat, xərcləri 1 milyon 990 min manat təşkil edib.
2021-ci ilin iyulun 1-nə “Bakı Sığorta”nın aktivləri 12 milyon 548 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1.8 dəfə artaraq 3 milyon 963 min manata, balans kapitalı isə 11 % azalaraq 8 milyon 585 min manat olub.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.