Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin ödənişləri azalıb.
Eləcə də bax: Ağstafanın sabiq icra başçısı 9 il, müavini 8 il 6 ay - Azadlıqdan Məhrum Edilib
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-iyun ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, son bir il ərzində (2020 –yanvar-iyun ayları ilə müqayisə) şirkətin müxtəlif sığorta hadisləri üzrə ödədiyi vəsaitlərin həcmi 1, 817 mln. manat və ya 5,74% azalaraq 29,825 mln. manata düşüb.
Ödənişlərdəki azalmadan fərqli olaraq, hesabat dövründə şirkətin yığımlarının həcmində artım qeydə alınıb. Bələ ki, qeyd olunan dövrdə “PAŞA Sığorta”nın yığımları 5,554 mln. manat və ya 5,54% artaraq 105,766 mln. manata çatıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun ayları üzrə açıqlanan hesabatda “PAŞA Sığorta” yığımların həcminə görə şirkətlər sırasında 2-ci , ödənişlər üzrə 3-cü sırada yer alıb.
Yığım və ödəniş üzrə illik artım dinamikası cədvəlində isə şirkət müvafiq olaraq 15 və 14-cü yerlərdə qərarlaşıb.