“Beynəlxalq Sığorta Şirkəti” ASC-nin ləğv edilməsini həyata keçirmək üçün ona məxsus dövlət qeydiyyat nömrəsi AZ1001008700 , hər birinin nominal dəyəri 10 000 manat olan, 1 480 ədəd adi, adlı, sənədsiz səhmlər dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, bu barədə “Beynəlxalq Sığorta Şirkəti” məlumat yayıb.
Qeyd edək ki, “Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının 2016-cı il oktyabrın 12- də keçirilmiş növbədənkənar ümumi yığıncağında “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilib.