30 dekabr 2016-cı il tarixində səhmdarlar yığıncağının qərarına əsasən, Viladi Manıyev "Azsığorta" şirkətinin Direktorlar Şurasının yeni sədri təyin edilib.
FED.az Trend-ə istinadən xəbər verir ki, V.Manıyev Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1975-1993-cü illərdə Bakıda və Moskvada akademik fəaliyyətlə məşğul olub. 1993-cü ildən kommerasiya təşkilatlarında çalışmağa başlayıb. 1996-cı ildən sığorta sahəsində karyerasını davam etdirib və artıq 20 ildir ki bu sahədə fəaliyyət göstərir. “ASC Insurance Company”, “Caspian Insurance”, “Chartis Azerbaijan” və “Qala Sığorta” kimi şirkətlərdə İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2008-2010-cu illərdə Amerika Azərbaycan Ticarət Palatasının bank, maliyyə və sığorta komitəsinin sədri olub. Ailəlidir, 2 övladı var.