Vergilər Nazirliyi fevralın 20-də "Azsığorta" şirkətinə Şəffaf Vergi Partnyorluğu statusu verib.
Şirkətdən bildirilib ki, "Azsığorta" vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etdiyinə, vergiləri tam həcmdə və vaxtında ödədiyinə, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etdiyinə, gücləndirilmiş elektron imzaya sahib olduğuna, mühasibat uçotunu standartlara uyğun şəkildə apardığına görə bu statusa layiq görülüb.
Həmçinin bu statusu almaq üçün vergi ödəyicisi saxta sənədlər qəbul və təqdim etməməli, son 3 il ərzində iqtisadi sahədə barəsində cinayət təqibi aparılmamalıdır. Bu da onu göstərir ki, "Azsığorta" fəaliyyətini tam şəffaf və qanun çərçivəsində həyata keçirir.
Qeyd edək ki, "Azsığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin etmişdir.