"Azsığorta" şirkəti “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətdən verilən məlumata görə, ölkədə fəaliyyət göstərən dərman anbarlarının birində baş verən subasma nəticəsində, həmin anbarın təqribən 2 500 kv. m. sahəsinə külli miqdarda ziyan dəyib. "Azsığorta" şirkəti əmlaka dəymiş ziyanı tam qarşılayaraq, 300 000 manat dəyərində sığorta ödənişi edib.
Qeyd edək ki, ötən ilin noyabr ayında da "Azsığorta" şirkəti iri ödənişi edib – quşyetişdirmə sexlərinin birində baş verən yanğın nəticəsində əmlaka dəymiş zərərə görə 200 000 manat sığorta ödənişi verilib.
"Azsığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. Fitch beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.