"AzSığorta" ASC bu il göstərdiyi xidmətin keyfiyyətini daha da yaxşılaşdıracaq".
FED.az xəbər verir ki, bunu "AzSığorta"nın İdarə Heyətinin sədri Anar Talıbov bildirib. Onun sözlərinə görə, bu il şirkət müştəri sayının artırılmasına çalışacaq.
"Biz bu il diqqətimizi yığımların həcminə yox, xidmətin keyfiyyətinə yönəldəcəyik. Müştərilərin bizim şirkəti seçməsi əsas məqsədlərdəndir. Çünki, bizim şirkətin xidmətləri ən yüksək səviyyədədir. Biz ödənişləri operativ həyata keçirərək əlavə xidmətlər də təklif edirik”, - deyə A.Talıbov vurğulayıb.
O, "AzSığorta"nın bazar payının azalması məsələsinə də aydınlıq gətirib: "Əgər əvvəl bazar payı 13% təşkil edirdisə, yeni sistemə keçidlə əlaqədar şirkətin bazar payı 3-4% aşağı düşüb".