“Azərbaycan Sənaye Sığorta” ASC 2018-ci ili 2 milyon 172 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Şirkəti 2017-ci ili 141 min 491 manat, 2016-cı ili 1 milyon 735 min manat xalis mənfəətlə bağlamışdı. 2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın xalis mənfəəti 12 dəfə azalmışdı.
GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2018-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləi 9 milyon 492 min manat, cəmi xərcləri 11 milyon 664 min manat təşkil edib.
2017-ci ildə “Azərbaycan Sənaye Sığorta”nın cəmi gəlirləri 10 milyon 177 min manat, cəmi xərcləri isə 10 milyon 35 min manat təşkil edib.
İllik müqayisədə, şirkətin topladığı sığorta haqları 7 milyon 242 min manatdan 8 milyon 755 min manata yüksəlib, sığorta ödənişləri isə 3 milyon 710 min manatdan 2 milyon 862 min manata düşüb.
2017-ci illə müqayisədə 2018-ci ildə sair gəlirlərin azalması, sair xərclərin isə artması Şirkətin zərər etməsilə nəticələnib. 2017-ci ildə 1 milyon 281 min manat olmuş sair gəlirlər 2018-ci ildə 160 min manata düşüb. Sair xərclər isə 1 milyon 612 min manatdan 3 milyon 409 min manata yüksəlib.
İllik müqayisədə təkrarsığortaya verilmiş sığorta haqları 2 milyon 637 min manatdan 3 milyon 377 min manata yüksəlib.
“Azərbaycan Sənaye Sığorta” işlərin aparılması xərclərini cüzi azaldıb.
“Azərbaycan Sənaye Sığorta” ASC “Azərsun Holdinq”ə daxildir.



©Marja