Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Azərsığorta) İdarə Heyətinin yeni üzvi seçilib.
Eləcə də bax: "Azsığorta"da daha bir - TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, Əsgərov Nail Əli oğlu İdarə Heyətinə müvəqqəti üzv seçilib.
Digər təyinat isə Mənəfli Əhməd Samid oğlu Daxili audit xidmətinin rəhbəri təyin edilib. Hüseynov Ruslan Zahid oğlunun Təftiş Komissiyasının üzvlüyü təsdiqlənib.
Xatırladaq ki, Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.
Dövlət sığortaçısı bu ilin yanvar-mart aylarında təxminən 38 milyon manat sığorta haqqı toplayıb, 28 milyon manat sığorta ödəniş edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7% və 7 dəfə çoxdur. Ödənişlərin kəskin artması ötənilki Vətən Müharibəsi ilə əlaqədar hərbi qulluqçulara verilən sığorta ödənişlərinin kəskin artmasıdır.