“AzərGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən nəcib metal tərkibli külçələrin təyinat məntəqələrinə çatdırılanadək yük sığortası növü ilə sığortalanmasına dair xidmətlərin satınalınması ilə əlaqədar açıq tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.
FED.az xəbər verir ki, açıq tender prosedurunun nəticələri haqqında Tender Kommisyasının yekun protokoluna əsasən “Qala Sığorta” ASC qalib elan edilib və 297 500 manat məbləğində satınalma müqaviləsi bağlanıb.