Azərbaycan sığorta bazarının inkişafı və stimullaşdırılması ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən hazırlanan üçillik strategiya təsdiqlənib.
FED.az xəbər verir ki, ASA-dan verilən məlumata görə, 2021-2023-cü illəri əhatə edən və yerli sığorta bazarında həllini gözləyən prioritet istiqamətlərə hədəflənən strategiya Assosiasiyanın Müşahidə Şurası tərəfindən təsdiqlənib.
Eləcə də bax: "Yaşıl Kart" çərçivəsində işləyə bilən sığortaçıların adları - Açıqlanıb
8 strateji hədəfdən ibarət olan strategiyada növbəti mərhələdə sığorta sektorunda infrastrukturun təkmilləşdirilməsi, sektorda milli peşə standartlarının tətbiqinə dəstək göstərilməsi, sığorta savadlılığının artırılması ilə sığorta mədəniyyətinin formalaşdırılması, sığorta sektorunda beynəlxalq əməkdaşlıq layihələrinin genişləndirilməsi, yerli sığorta bazarı iştirakçıları ilə birgə korporativ sosial məsuliyyətin gücləndirilməsi və s. kimi istiqamətlər yer alıb.