Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258 milyon 425 min manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-FEVRAL, 2022)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61 milyon 228 min manat təşkil edib. Bu isə illik müqayisədə 2,4 dəfə azdır.
3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub. (Report)