Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 178,307 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Eləcə də bax: Rusiya-Ukrayna müharibəsinin - SIĞORTA BAZARINA TƏSİRİ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,936 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,6 dəfə azdır.
2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 62,4 manat olub. (Report)