2020-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri könüllü tibbi sığorta üzrə 101 milyon 565 min manat sığorta haqqı toplanıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilir.
Tibbi sığorta üzrə yığımların həcmində keçən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 739 min və ya 6% artım qeydə alınıb.
Eyni zamanda, tibbi sığortalar üzrə şirkətlər tərəfindən hesabat dövründə 67 milyon 870 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon 377 min manat və ya 12% artıb.