Azərbaycanda sığorta şirkətləri bəzi avtomobilləri sığorta etməkdən çəkinirlər.
Eləcə də bax: Azərbaycanda sığorta şirkətlərinin qadağa qoyduğu - AVTOMOBİL MARKALARI – SİYAHI
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddialara görə, şirkətlər əsasən, “Toyota Prius”, Opel Astra”, “Xazar” və digər avtomobilləri sığorta etməkdə maraqlı deyillər. Buna səbəb kimi həmin avtomobillərin taksi fəaliyyətinə daha çox cəlb olunmaları və qəza törətmələri göstərilir.
İddialar ilə bağlı İcbari Sığortalar Bürosunun idarə heyətinin sədri Rəşad Əhmədov bildirib ki, şirkətlərin belə bir haqqı yoxdur və qanun pozuntusudur:
Sığorta şirkətlərinin müraciət edən müştərinin sığorta təminatlarını verməmək kimi haqları yoxdur, onların belə bir yanaşması ola bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə və şirkət sığorta etdirməkdən boyun qaçırırsa, bu birbaşa qanun pozuntusudur. Bununla bağlı həmin vətəndaş Azərbaycanda sığorta şirkətlərinə nəzarət edən Mərkəzi Banka şikayət etməlidir.
İcbari Sığortalar Bürosu hüquqi şəxslərin ittifaqıdır. Zərərçəkən üçüncü şəxslərin və sığorta müştərilərinin də maraqlarını qoruyan bir qurumdur. Belə bir fakt olarsa, bizə də müraciət edə bilərlər. Məmnuniyyətlə kömək edəcəyik”. (Lent.az)