Azərbaycanda sığorta şirkətlərinin icbari sığortalamaqdan imtina etdikləri avtomobil modelləri açıqlanıb.
İcbari avtomobil sığortası ilə hansı təminatlar nəzərdə tutulur? - MƏBLƏĞLƏR, BİLMƏDİKLƏRİMİZ
FED.az xəbər verir ki, son illər ölkədə avtomobillərin həm ümumi sayının, həm də taksi xidmətində istifadə olunan avtomobillərin artması nəticəsində icbari sığortada zərərlilik kəskin yüksəlib.
Nəticədə sığorta şirkətləri bəzi modelləri sığortalamaqdan yayınırlar.
Sığorta şirkətlərinin «baş ağrısı»: kiçik avtomobillər
Son illər ölkədə avtomobillərin sayı kəskin artsa da, artım əsasən kiçik həcmli mühərrikli avtomobillərin hesabına olduğuna görə, icbari sığorta yığımlarının həcmi ciddi şəkildə artmayıb.
Nəticədə, sığorta şirkətlərinin təminatları və ödənişləri yığımlarından daha sürətlə artır və zərərlilik yüksəlir.
Məlumat üçün bildirək ki, qüvvədə olan qaydalara əsasən mühərrik həcmi 1500 kubsantimetrədək olan avtomobillərin sığorta haqqı 50 manatadək, 2000 kubsantimetrədək olan avtomobillərdə isə 75 manatadək təşkil edir. Sığorta şirkətinin verdiyi təminat isə istənilən mühərrikli avtomobil üçün 5000 manat təşkil edir.
Bonus-Malus sistemi «bir tərəfli» işləyir
Doğrudur, qanunda Bonus-malus sistemi də nəzərdə tutulub. Bu qaydaya görə, avtomobili qüsursuz, yəni qəzasız idarə edənlər növbəti ilə daha aşağı sığorta haqqı ödəyirlər (təminat olduğu kimi 5000 manat qalmaqla) – bu Bonus qaydasıdır.
Qəza törədənlər isə növbəti ilə daha yüksək sığorta haqqı ödəməlidirlər – bu Malus qaydasıdır.
Amma reallıqda bu qayda da birtərəfli işləyir – qəzası olan avtomobil sahibləri müxtəlif üsullardan (o cümlədən avtomobili başqa şəxsin adına sığorta etməklə) istifadə etməklə sığorta haqqını növbəti il də aşağı məbləğdə ödəməyə nail olurlar. Bu da sığorta şirkətləri üçün sərfəli olmayan vəziyyət yaradır.
Komissiya ödənilməyən avtomobillər
Vəziyyətdən çıxmaq üçün sığorta şirkətləri daha az sığorta haqqı hesablanan kiçik mühərrikli avtomobillərin sığortasından yayınmağa çalışırlar.
Qanunla buna qadağa qoymaq mümkün olmasa da, şirkətlər sığota agentlərinə elan ediblər ki, kiçik həcmli avtomobillərə görə, agent komissiyası (qanunla sığorta haqqının 15%-ni keçməməlidir, amma bəzi şirkətlərdə bu məbləğ 30-35%-ə çatır) ödəməyəcəklər.
Nəticədə son illər 1,5-2 litr mühərrikli avtomobillər üçün agent komissiyasının ödənilməməsi adi hal idi.
«Həmin avtomobilləri sığorta etsəniz əməkdaşlıq dayandırılacaq»
Son günlər isə sığorta şirkətləri bu qadağanı daha da sərtləşdiriblər. Bəzi şirkətlərin agentlərə göndərdiyi məktubda bildirilir ki, sözügedən avtombilləri sığorta edən agentlərə nəinki komissiya verilməyəcək, hətta onlarla əməkdaşlıq dayandırılacaq.
Qadağa tətbiq edən şirkətlər və qadağa qoyulan modellər
«Sığorta qadağası» təkcə avtomobillərin mühərrik həcmi ilə deyil, bəzi markalar və modellərə də aiddir.
Məsələn, «Paşa sığorta» mühərrik həcmi 2000 kubsantimetrdən az olan avtomobillərə müqavilə yazan agentlərlə əməkdaşlığı dayandıracağını elan edib.
«Günay sığorta» Bakı, Sumqayıt və Abşeron qeydiyyatlı mühərrik həcmi 2000 kubsantimetrdən az olan avtomobillərə qadağa qoyub. Eyni qadağa «Qala sığorta»da da mövcuddur.
«Azsığorta» isə «Toyota Prius» modelini sığorta edən agentlərlə müqaviləni dayandıracağı barədə xəbərdarlıq edib.
«Xalq sığorta»da bu qadağa mühərriki 1500 kubsantimetrə qədər olan avtomobilləri əhatə edir.
Belə ki, sığorta şirktələrinin əksəriyyəti aşağıdakı avtomobillərə bu və ya digər formada qadağa qoyublar. Onların əksəriyyəti taksi fəaliyyətində istifadə olunanlardır. Bununla yanaşı, qeyd edək ki, sözü gedən avtomobillərin sahibləri agerntlərin köməyi olmadan da, onlayn şəkildə öz avtomobillərini sığorta edə bilərlər.
Qadağa tətbiq edilən avtomobillər aşağıdakılardır:
- Azsamand/ Bütün modellər
- Khazar/Bütün modellər
- Daewo/BS090 avtobus, Gentra,
- Damas Yük
- Qoşqu və yarımqoşqular/bütün növ
- Fiat/Albea
- Hyundai/Country avtobus
- İsuzu/Ecobus, SAZ NP 37 avtobus
- Kia/Forte
- London Taksi/Bütün modellər
- MG/bütün modellər
- Ravon/Bütün modellər
- Renault/Megane, Tondar
- Saipa/Bütün modellər
- ZAZ
- GELLY
- Baic
- Dong Feng
- Tofaş
- Changan
- Renault
- Toyota prius
- Chevrolet Cruze 2016-dək
- Toyoto Prius 2016-dək
- Ford Fusion 2016-dək
- Kia Rio 2016-dək
- BMÜ 3-cü seriya 2001-dək
- Mercedes Benz C Class 2001-dək
- Mercedes Benz 190
- Opel Astra
- Opel Vectra
- Saipa
- Daewoo Nexia və Gentra
- İran Khodro
- London Taksi
- Lada (Vesta, Granta, Largus, Xray istisna olmaqla)
Amma bəzi şirkətlərdə tətbiq edilən qadağa avtomobilin sahibindən də asılıdır. Məsələn, «Bakı Sığorta»nın agentlər qarşısında qoyduğu tələbə əsasən, bəzi avtomobil modelləri yalnız dövlət təşkilatlarına məxsus olduğu zaman sığortalana bilər. Digər hallarda həmin modellərin sığortası qadağandır.
Onlar aşağıdakılardır:
1. İranKhodro (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla ). |
2. Azsamand (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla ). |
3. Khazar (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla). |
4. Ravon (dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla ) |
5. Renault (Megane, Tondar, Clio, Symbol, Scenic, Laguna, Kangoo, Sandero ). |
6. Tofaş (99 seriyalı avtomobillərdən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla). |
7. Lifan ( SUV və dövlət idarə və təşkilatlarının balansında olan nəqliyyat vasitələri istisna olmaqla). |
8. Geely ( 2018-ci ilə kimi istehsal edilmiş modellər, bütün SUV modellər istisna olmaqla ) |
9. Changan ( 2018-ci ilə kimi istehsal edilmiş Eado, Alsvin qadağa olunmuş siyahıdadır) |
10. Dong Feng ( Fengshen S30 ). |
11. London Taksi ( LEVC TX, TX ). |
12. Saipa (bütün modellər). |
13. ZAZ (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla) |
14. Daewoo ( BS090, Gentra, Damas, Nexia ) |
15. Fiat ( Albea ) |
16. Opel ( Astra, Vectra, Corsa ) , ( 2016-cı ildək, 2016-cı ildə daxil olmaqla qadağa olunmuş siyahıdadır (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla ) |
17. İJ minik (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla) |
18. Baic ( A113, A115 ) |
24. VAZ (99 seriyalı fiziki şəxs avtomobillərindən başqa dövlət idarə və təşkilatlarının balansında olan, rayon seriyalı dövlət qeydiyyat nişanlı avtomobillər istisna olmaqla). |