Azərbaycanda ABŞ kapitallı sığorta brokeri “Marsh Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC (Marş) mənfəətindən keçən il də səhmdara dividend ayırıb.
FED.az xəbər verir ki, keçən il səhmdara ayırdığı dividendin məbləği 500 min manat təşkil edib.
Bu isə 2022-ci ilə nisbətən 200 min manat və ya 28,6% azdır..
Bununla yanaşı sığorta brokeri 2021-ci ildə səhmdarına 695 min manat, 2022-ci ildə isə 700 min manat dividend ayırmışdı.
Beləliklə, son üç ildə sığorta brokerinin səhmdarına ayırdığı dividendin məbləği 1 milyon 895 min manat olub.