Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm yayımladığı avto-icbari sığorta üzrə şikayət indeksi hesabatlarına görə, Azərbaycan Sənaye Sığorta Şirkəti ən az şikayət olunan sığortaçı olaraq qeydə alınıb.
FED.az xəbər verir ki, bu göstərici üzrə liderlik 2024-cü ilin avqust ayından etibarən ardıcıl olaraq davam edir.
Şirkətin marketinq siyasətinin əsası hadisə nəticəsində zərər çəkmiş insanların məmnuniyyətidir. Müştəri məmnuniyyətinin əsas səbəbi ödənişlərin vaxtında və şəffaf şəkildə həyata keçirilməsidir.
Bu il 30 yaşını qeyd edən Azərbaycan Sənaye Sığorta Şirkəti yüz mindən artıq müştəriyə xidmət göstərməkdədir.














