Azərbaycanın sığorta bazarında sığorta haqlarının yığımları 20%-ə yaxın artıb.
Eləcə də bax: Koronavirus səbəbindən bəzi ərazilərdə - SIĞORTA SATIŞLARI 50% AZALIB
FED.az xəbər verir ki, yanvar-mart aylarında ölkənin sığorta şirkətləri 240 milyon 764 min manat sığorta haqqı toplayıb, 77 milyon 064 min manat sığorta ödənişi ediblər. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 19,7%, ödənişlər 66,7% artıb.
Rəsmi statistikaya əsasən, koronavirusun təsirinin hiss olunduğu mart ayında sığopta yığımları yanvar-fevralla müqayisədə azalıb.
Belə ki, yanvarda 112 milyon manat, fevralda isə isə 78,7 milyon manat sığorta haqqı toplandığı halda, martda yığımlar 50 milyon manat təşkil edib.2020-ci ildə mart ayının yığımları ötən ilin martı ilə müqayisədə 26,8% azalıb.
Maraqlıdır ki, koronavirus səbəbindən karantin tədbirlərinin görülməsinə və hərəkətin məhdudlaşdırılmasına baxmayaraq mart ayında sığopta hadisələri və ödənişləri kəskin artıb.
Ötən ay sığorta ödənişləri 27,8 milyon manat təşkil edib, bu da ötən ilin mart ayı ilə müqayisədə 2,1 dəfə artıqdır.