Azərbaycanda yanvar-fevral ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 98 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 277 min manat və ya 33,7% çoxdur.
2024-cü ilin yanvar-fevral aylarında bu göstərici 821 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 14 min manat təşkil edib .Ödənişlər illik müqayisədə dəyişməyib.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib.