Bu ilin yanavr ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 13,783 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 25,4% azdır.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 74,412 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,75% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 31,55% azalaraq 7,832 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 19,25% azalaraq 9,324 milyon manata düşüb.
Beləliklə, 2019-cu ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 12,5 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar ayında müvafiq olaraq 61,95 manat və 18 manat olub.