Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 312,457 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 67,5% çoxdur.
11 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 351,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,6% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 17,5% azalaraq 93,67 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11,15% artaraq 130,469 milyon manata çatıb.
Eləcə də bax: Sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi (Yanvar-noyabr, 2018) – CƏDVƏL 2
Beləliklə, 2018-ci ilin yanvar-noyabrında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-noyabrında müvafiq olaraq 60,8 manat və 36,95 manat olub.