2018-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 340,993 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 61,6% çoxdur.
İl ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 386,961 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,9% çoxdur.
Eləcə də bax: Azərbaycanda könüllü sığorta 43%, icbari sığorta isə 6% artıb
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 24,9% azalaraq 98,115 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 12,45% artaraq 142,219 milyon manata çatıb.
Beləliklə, 2018-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,75 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ildə müvafiq olaraq 61,9 manat və 36,6 manat olub.