Vergilər Nazirliyi “Xalq Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.
FED.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Xalq Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 22L, məhəllə 494-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 15 mln. manat, qanuni təmsilçisi isə “Xalq Sığorta”nın İdarə Heyəti sədrinin müavini Roman Alpaşa oğlu Vəliyevdir.
Xatırladaq ki, hazırda Azərbaycanda 3 həyat sığortası şirkəti – “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər fəaliyyət göstərir.
Eləcə də bax:Səyahət sığortası icbari olmalıdır - TALEH YUNSUROV