Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətləri Almaniyanın Baden Baden şəhərində keçilirlən sığortaçıların ənənəvi illik forumuna toplaşıb.
FED.az-ın məlumataına görə, oktyabrın 26-dək davam edəcək forumda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşlər nəzərdə tutulub. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, forumda Azərbaycanı “İpək Yolu Sığorta”, “AtaSığorta”, “AzRe Təkrarsığorta” və digər şirkətlərin nümayəndələri təmsil edir.
Azərbaycan sığortaçıları Baden Badenə toplaşıb
11:57
24 Okt 2017