“İpək Yolu Sığorta” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı 15 sentyabr 2020-ci il tarixdə, saat 10:00-da “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində (ünvan: Həsən Əliyev küçəsi 4/186) keçiriləcəkdir.
Eləcə də bax: «Rəvan Sığorta» əmlakını satışa çıxarıb – ƏMLAKLAR, QİYMƏTLƏR - SİYAHI
FED.az xəbər verir ki, yığıncaqda səhmdarın adının dəyişilməsi əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi və Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi məsələləri müzakirə ediləcək.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər.
Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]