Türkiyənin İstanbul şəhərində "AXA Mbask" sığorta şirkətinin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Şirkətdən verilən məlumata görə, yığıncaqda şirkətin Direktorlar Şurasının iki üzvü - Elxan Qəribli və Frederik Fleju (Frederic Flejou), o cümlədən İdarə Heyətinin üzvü Ceyhun Qurbanlının vəzifə müddətləri uzadılıb.
Bununla yanaşı, Direktorlar Şurasının iclası keçirilib. İclasda, Direktorlar Şurası şirkətin illik nəticələrindən və ümumi idarəçilikdən məmnun olduğunu bildirdilər.