“AXA MBASK” sığorta şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib.
FED.az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, Eldar Qəribovun səlahiyyət müddəti bitdiyi üçün şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə Yavuz Ölken təyin edilib.
Başqa bir təyinatla Direktorlar Şurasının üzvü olmuş Guillaume Lejeuneni Cristophe Knauf əvəz edib.
Beləliklə şirkətin Direktolar Şurasının yeni tərkini aşağıdakı kimidir:
Direktorlar Şurasının sədri Yavuz Ölken, Üzvlər Elxan Qəribov və Cristophe Knauf.
Şirkətdən bildirilib ki, dəyişikliklərlə bağlı müvafiq məlumatlar Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərilmişdir.
“AXA MBASK”ın Direktorlar Şurasında əsaslı dəyişiklik - ADLAR
12:13
8 Yan 2019