Azərbaycanda avtomobillərin icbari sığortasında (avtomobil sahiblərinin üçüncü şəxs qarşısında məsuliyyətinin icbari sığortasında) mühüm yenilik gözlənilir. FED.az xəbər verir ki, yaxın vaxtlardan etibarən avtomobillərin icbari sığortası müqaviləsi yalnız avtomobilin sahibinin adına yazılacaq.
Bu barədə FED.az-a «Qala Sığorta» şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib.
ELƏCƏ DƏ BAX: Səyahət sığortası icbari olmalıdır - TALEH YUNSUROV
Onun sözlərinə görə, «Qala sığorta» şirkəti bir qədər əvvəl avtomobillərin icbari sığortasındakı mənfi halların aradan qaldırılması ilə bağlı olaraq təkliflə çıxış edib. Təklifə əsasən, icbari sığorta müqaviləsi yalnız avtomobilin sahibinin, yəni maşının texniki pasportunda adı keçən şəxsin adına yazılmalıdır: «Bu o demək deyil ki, maşını etibarnamə ilə idarə edən şəxslər qəza törətsələr sığorta onu qarşılamayacaq. Sığorta şirkəti zərəri yenə də ödəyəcək, amma bu zaman Bonus-Malus balları avtomobilin sahibinin adına yazılacaq».
Xatırladaq ki, Bonus-Malus sistemi Azərbaycanda avtomobillərin icari sığortasında 2012-ci ildən təbiq eilir. Sistemə əsasən, qəza törədən avtomobil sahibləri üçün icğari sığorta gələe il daha bahalı olur. Qəza törətməyən avtomobil sahibləri isə hər il daha ucuz sığorta ala bilirlər.