1 noyabrda İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb.
İcbari Sığorta Bürosundan Fed.az-a verilən məlumata görə, bunların 323-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan tarixdə standart və sərhəd sığorta müqavilələri üzrə ödənişlər elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsi ilə həyata keçirilib və sığorta haqlarının məbləği 124,065.75 manat təşkil edib.
Avtobillərin icbari sığortası üzrə 1686 sayda elektron sığorta müqaviləsi bağlanılıb
11:46
2 Noy 2016