“Atəşgah” SQ Qubada yeni ofis açdı. Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri “Atəşgah” SQ regionların inkişafı proqramı çərçivəsində və təqdim etdiyi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Quba şəhərində yeni regional ofis istifadəyə verdi.
Şirkətdən FED.az -a verilən məlumata görə, yeni regional ofis Quba şəhərinin mərkəzində Fətəli xan küç 108A ünvanında yerləşir. (Əlaqə telefonu: (+02333 5 23 16)) Xatırladaq ki, “Atəşgah” SQ – nun Sumqayıt, Mingəçevir, Xaçmaz, Gəncə, Şəki, Lənkəran, Salyan, İsmayıllı, İmişli, Bərdə, Qazax, Zaqatala, Şəmkir və Sabirabadda regional ofisləri fəaliyyət göstərir.
Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.
Atəşgah Sığorta yeni ofis açdı
18:42
18 Dek 2017