Azərbaycanda ilk sığorta məsləhətçiləri şəbəkəsinin yaradıcısı olan “Atəşgah” Sığorta Şirkəti (SŞ) öz sığorta məsləhətçiləri arasında “Bizimlə ol, mənzil qazan!” müsabiqəsini yekunlaşdırıb.
Şirkətdən verilən məlumata görə, müsabiqənin əsas mükafatı Bakıda mənzil, eləcə də əvvəlki illərdə olduğu kimi avtomobil və digər qiymətli hədiyyələr olub. Bununla əlaqədar, “Atəşgah” SŞ İdarə heyəti üzvlərinin iştirakı ilə baş tutan tədbirdə püşkatma yolu ilə 20 qalib iştirakçı seçidbi. Regional satış şəbəkəsinə aid olan qaliblərdən biri Seat İbiza markalı avtomobili, digəri isə Bakıda təmirli mənzil əldə edib. Əlavə olaraq, daha 18 nəfərə planşet, mobil telefonlar və notbuklar hədiyyə edilib.
Müsabiqənin şərtlərinə əsasən, hər bir sığorta məsləhətçisi il ərzində topladığı sığorta haqlarından asılı olaraq müxtəlif qiymətli hədiyyələr əldə etmək imkanından yararlanıb. Müsabiqədə Şirkətin mövcud sığorta məsləhətçiləri ilə yanaşı, bu şəbəkəyə yeni qoşulan üzvlər də iştirak etmək hüququna malik idi.
Xatırlaqdaq ki, əvvəlki illərdə “Atəşgah” SŞ ən yaxşı sığorta məsləhətçilərinə Hyundai Accent, Chevrolet Cruze və bir sıra qiymətli hədiyyələr təqdim etmişdi. “Atəşgah” SŞ bundan sonra da sığorta məsləhətçiləri və tərəfdaşları üçün maraqlı tədbir və aksiyalar keçirməkdə davam edəcək.
QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.