Lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə “Nikoyl Lizinq Kompaniyası” MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, “Atəşgah Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və “İnteqral” Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilib.
Bu barədə FED.az-a MBNP-dan məlumat verilib.
Məlumatda həmçinin deyilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq “Sizin sığorta brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Avand Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
"Atəşgah Sığorta Agentliyi"nin lisenziyası ləğv edilib
18:44
6 Okt 2017