“Atəşgah Həyat” sığorta şirkətinin yığımları azalır. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin yanvar-iyul ayları üzrə açıqladığı hesabatına istinadən bildirir ki, son bir il ərzində şirkətin yığım portfeli 9 945 400 manat və ya 31% azalaraq 22 175 600 manat olub.
Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında şirkətin yığımlarının həcmi 32 121 000 manat təşkil edib.
Bundan başqa, hesabat dövründə şirkətin sığorta ödənişlərində də azalma qeydə alınıb. Belə ki, son bir il ərzində “Atəşgah Həyat”ın müştərilərə ödədiyi vəsaitin həcmi 3 386 300 manat və ya 30,1% azalaraq 7 858 300 manata enib.