Azərbaycan həyat sığortası bazarının iştirakçısı olan “Atəşgah Həyat” sığorta şirkətinin yığımları azalmaqda davam edir.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) 2019-cu ilin yanvar-oktyabr ayları üzrə açıqladığı rəsmi hesabatına əsasən, son bir illə müqayisədə “Atəşgah Həyat”ın yığımlarında kəskin azalma müşahidə olunub. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında “Atəşgah Həyat” tərəfindən 46,133 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, cari ilin analoji dövründə bu rəqəm 14,971 mln. manat və ya 48% azalaraq 31,162 mln. manat təşkil edib. Qeyd edək ki, yığımların həcmindəki azalma ilə yanaşı Şirkətin bazar payı da azalıb.
Eləcə də bax: “Atəşgah”lar da - GERİLƏMƏYƏ BAŞLAYIB
Belə ki, son bir il ərzində “Atəşgah Həyat”ın bazar payı 2,1 faiz bəndi azalaraq 5,4% ə düşüb. Xatırladaq ki, yığımlardakı azalma bütün həyat sığortası şirkətlərinə təsir edib.
Belə ki, həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.